
Futbol üzrə Dünya Çempionatının açılış mərasiminə start verilib.
Globalinfo.az bildirir ki, mundialın açılışı müqəddəs Qurani-Kərimin sədaları ilə başlayıb.
Açılış mərasimdən sonra ev sahibi Qətər millisi ilə Ekvador yığması üz-üzə gələcək və bununla da 22-ci DÇ start götürəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
***18:13
Futbol üzrə XXII dünya çempionatının açılış mərasimi start götürüb.
Globalinfo.az bildirir ki, tədbir mundialda ilk matçın keçiriləcəyi “El-Bayt” stadionunda təşkil olunub.














