09895f10 f23c 3b35 b502 2d2ac8edf95c 850

Qəzza zolağında müharibə aylarla davam edəcək.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.

“Bu müharibənin mürəkkəb məqsədləri var, həm də çətin ərazidə aparılır. Ona görə də müharibə hələ çox aylar davam edəcək. İndi biz Xan Yunis də daxil olmaqla Qəzza zolağının cənubunda səylərimizi cəmləşdiririk. Həmçinin şimalda nailiyyətlərimizi davam etdirmək istəyirik”, – Halevi deyib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatını başladıb.

Paylaş: