peqov 15

Rusiyalı hərbi jurnalist, ermənipərəst mövqeyilə seçilən Semyon Peqov Ermənistanın sərhəddəki toqquşmalard 100-dən çox itki verdiyini bildirib.  

Globalinfo.az bildiri ki, Modern.az-ın verdiyi xəbərə görə, bu barədə o, özünün teleqram kanalında məlumat paylaşıb.

Peqovun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı qarşıdurma zamanı 100-dən çox erməni hərbçi ölüb: “Hazırda döyüşlər davam edir, Basarkeçərdə vəziyyət çox ciddidir. Azərbaycanlılar bir neçə erməni postuna nəzarəti ələ keçirib”.

Qeyd edək ki, Ermənistan Baş  naziri Nikol Paşinyan bu gün 49 həbçini itirdiklərini bildirmişdi.

Paylaş: