Qoşunlar sərhəddən çıxarıla bilər – Mirzoyan

Qoşunlar sərhəddən çıxarıla bilər - Mirzoyan

“Azərbaycan-Ermənistan dövlətlərarası sərhədindən qoşunların çıxarılması məsələsi müzakirə olunur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Qoşunların çıxarılması həqiqətən də prosesə müsbət təsir göstərəcək və yeni eskalasiya ehtimalının qarşısını almağa kömək edəcək. Hələ tam razılıq əldə edildiyini demək olmaz, amma məsələ müzakirə olunur. Bu istiqamətdə başqa fikirlər də var. Ümid edirəm ki, qarşılıqlı addımların atılması müsbət nəticə verəcək.

Əsas məsələ ilə sülh danışıqları prosesidir. Əslində, işin böyük hissəsi görülüb, sülh sazişinin yekunu üçün görüşmək və razılığa gəlmək lazımdır”, – Mirzoyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az