İşğaldan azad edilmiş ərazilərdə yenidən qurulmuş yollar barədə açıqlama

İşğaldan azad edilmiş ərazilərdə yenidən qurulmuş yollar barədə açıqlama

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ilkin mərhələdə bərpası və yenidən qurulması nəzərdə tutulan 2 453,9 km avtomobil yolunun 185,5 km-də işlər artıq başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) xəbər verir.

Məlumata görə, bu işlər ölkə prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.