
Sosial şəbəkələrdə İsrailin raket atəşinə tutulması vaxtı təyyarənin eniş anını əks etdirən görüntülər yayılıb. Kadrlar Təl-Əviv aeroportundandır.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, videoda “Dəmir qübbə” hava hücumundan müdafiə sisteminin əməliyyatı zamanı hava gəmisinin aeroportun ərazisinə eniş etməsi görünür.
Qeyd edək ki, dünən gecə İsrailin paytaxtı və digər mərkəzi şəhərləri fələstinlilər tərəfindən raket hücumuna məruz qalıb.