qezza 2

Qəzza zolağında münaqişənin kəskinləşməsi nəticəsində 60 gündən az bir müddətdə ölənlərin sayı 16 mini keçib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həlak olanların 60 fazindən çoxu – 7112 uşaq və 4885 qadın var. 42 mindən çox insan yaralanıb. İtkin düşənlərin sayı 7600-ə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin ərazilərindəki nümayəndəsi Riçard Piperkorn Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, Qəzzada orta hesabla hər 10 dəqiqədə bir uşaq ölür.

Paylaş: