polis 12

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a bildirilib ki, bu istiqamətdə keçirilən növbəti tədbirlərlə Binəqədi rayon sakini məişət tullantılar olan qutudan tapdığı “Makarov” markalı tapançanı, ona aid daraq və 5 ədəd patronu rayon polis idərisinin 43-cü Polis Bölməsinə təhvil verib.

WhatsApp Image 2023 12 05 at 15.19.03

Paylaş: