“Qarabağdan köçən sakinlərin özləri ilə silah gəzdirməsi məsələsi mütləq tənzimlənməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Vilen Qabrielyan deyib.
“Ermənistanda vətəndaşların sərbəst şəkildə üzərlərində odlu silah gəzdimək səlahiyyətləri demək olar ki, yoxdur. Lakin Qarabağdan gələn vətəndaşlarda bu var. Onlara keçmiş “artsax” hökuməti tərəfindən bu məsələ ilə bağlı sənəd təqdim edilib, icazə verilib. Bir tərəfdən çətin olsa da, vətəndaşlarımıza silah gəzdirmək hüququ verməliyik. Lakin digər tərəfdən, bu məsələ qanuni şəkildə həyata keçirilməldiir”, – Qabrielyan bildirib.
Qeyd edək ki, daha öncə də Ermənistan Daxili İşlər Nazirliyi Qarabağdan köçənləri silahlarını təhvil verməyə çağırmışdı.
Ayşən Mustafa
Globalinfo.az














