Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak mediada dövlət başçısı Vladimir Zelenski ilə silahlı qüvvələrin baş komandanı Valeri Zalujnı arasında konfliktin davam etməsi barədə yazılanlara münasibət bildirib.
Globalinfo.az Axar.az -a xəbər verir ki, Podolyakın sözlərinə görə, hazırda Zelenski və Zalujnı rollarını nəzərə alsaq, münaqişədən danışmaq çox qəribədir.
O qeyd edib ki, sərt müzakirələr olur, lakin bu, normal idarəetmə modelidir.
“Biz burada münaqişədən yox, normal işdən danışırıq. Heç bir münaqişə yoxdur”, – Podolyak əlavə edib.