emin tarverdiyev

Bu gün “Globalinfo.az” saytının fəaliyyətə başlamasından bir ötür.

Bu münasibətlə “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarverdiyev Globalinfo.az saytının təsisçisi və baş direktoru Azər Ayxanı təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Azər Ayxan!

Təsisçisi və baş direktoru olduğunuz Globalinfo.az saytının oxucuların ixtiyarına verilməsinin bir yaşı tamam olur. Yeni yaranmasına və bu tipli xəbər saytlarının çox olmasına baxmayaraq Globalinfo.az qısa zamanda öz əhatəsinə geniş oxucu auditoriyasını toplaya bildi. Ən çox analitik yazıların yer aldığı bu sayt doğru yolda olduğunu, qarşısına qoyduğu hədəflərə daha tez çatdığını öz oxucusuna sübut etmiş oldu. Bu gün analitik yazıların çox az olduğu bir dönəmdə belə yazılara üstünlük verilməsi ilə Globalinfo.az möhür vurmuş oldu. İnanırıq ki, bundan sonrakı dönəmdə də Globalinfo.az öz xəbər siyasətini dəyişməyəcək, daha da maraqlı yazılarla öz oxucusunun sevimlisinə çevriləcək.

Hörmətli Azər Ayxan!

Başda Siz olmaqla Globalinfo.az saytının bütün kollektivini təbrik edir, bundan sonra da görəcəyiniz bütün işlərdə əzmkarlıq, iradə və daha da bol oxucu kütləsi arzulayıram”.

 

Paylaş: