Bakı Təşəbbüs Qrupunun üzvləri Azərbaycanı təbrik etdi

Bakı Təşəbbüs Qrupunun üzvləri Azərbaycanı təbrik etdi

Fransanın “La Balle” qəzetinin və radiosunun baş redaktoru Yannick Urrien, Avropa Parlamentinin sabiq deputatı, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jean-Jacob BICEP və Martinik Azadlıq Partiyasının lideri, Martinik Parlamentinin üzvü Lük Fransis Karol Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibəti ilə təbrik ediblər.

Globalinfo.az bildirir ki, onlar Azərbaycanın qələbəsini ədalətin təntənəsi kimi qiymətləndirib və bu münasibətlə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Xatırladaq ki, hər üç şəxs Bakı Təşəbbüs Qrupunun üzvü kimi kolonializmə qarşı mübarizədə Azərbaycanın təşəbbüslərini dəstəkləyirlər.