meyit 51466854778

Dağıstanda Şəki sakinini avtomobil vuraraq öldürüb.

Globalinfo.az “Report”a istinadıan xəbər verir ki, hadisə Mahaçqala şəhərində baş verib.

Şəki rayon Orta Zəyzid kənd sakini, 1982-ci il təvəllüdlü Asim Rasim oğlu Nəbiyevi Mahaçqala şəhərində yolu keçmək istəyərkən avtomobil onu vurub. A.Nəbiyev hadisə yerindəcə ölüb.

Məlumata görə, 2 uşaq atası olan A.Nəbiyev bir müddət öncə Mahaçqala şəhərinə işləmək üçün gedib.

Paylaş: