qezza yeni 1

ABŞ həm Qəzza zolağı, həm də İordan çayının qərb sahilindəki mülki şəxslər üçün 100 milyon dollar ayıracaq.

Globalinfo.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

Bayden vurğulayıb ki, əgər verilən yardım HƏMAS yaraqlıları tərəfindən oğurlansa, bu, onların Fələstin vətəndaşlarının maraqlarını təmsil etmədiklərini sübut edəcək:

“Bu pul münaqişə nəticəsində didərgin düşmüş bir milyondan çox fələstinliyə, eləcə də Qəzza zolağında fövqəladə ehtiyaclara dəstək olacaq”, – Bayden qeyd edib.

Paylaş: