israil felestin savas

HƏMAS-ın İsrailə hücumu nəticəsində alovlanan və müharibəyə çevrilən hərbi qarşıdurma sadəcə siyasi arenaya deyil, iqtisadi tarazlığa da ciddi təsir göstərir.

Artıq beynəlxalq bazarlarda dolların kursu və neftin qiymətində ciddi dəyişiklik müşahidə olunur. Xüsusilə neft qiymətlərində bu dəyişiklik hiss edilir. Münaqişənin davam edəcəyi təqdirdə, bazarlarda mövcud vəziyyətin sabit qalmayacağı, artım tendensiyasının davam edəcəyi proqnozlaşdırılır.

Bəs ümumilikdə İsrail-Fələstin müharibəsi beynəlxalq bazara necə təsir göstərdi? Dolların kursu və neftin qiymətində hər hansı dəyişiklik gözlənilirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban münaqişənin davam etdiyi son 4 gündə bazardakı vəziyyəti dəyərləndirib:

“Təbii olaraq İsrail-Fələstin qarşıdurması bazarlara təsir etdi. Qızılın, neftin və hətta Avropada mavi yanacağın qiymətində artım müşahidə olunur. Əgər ötən həftənin cümə günü, yəni birjalar bağlanarkən brend markalı neftin bir barelinin qiyməti 84,5 dollar idisə, artıq bazar ertəsi bu rəqəm 88-ə qədər yüksəldi. Bu gün də neft qiymətləri 88 dollar ətarfında dəyişir”.

Ekspert mövcud vəziyyətdə Azərbaycan neftinin dəyərinin necə dəyişəcəyinə aydınlıq gətirib:

İlham Şabanov necə İlham Şaban oldu...

İlham Şaban

“Doğrudur, Dövlət Neft Şirkəti Azərbaycan neftinin aylıq olaraq hansı qiymətə satıldığını, ilin əvvəlindən ortalama qiymətin nə qədər olduğunu açıqlamayıb.O cümlədən Dövlət Neft Fondu da ildə cəmi bir dəfə bu məlumatları yayır. Lakin bazardakı ümumi tendensiyaya görə, ilin sonuna kimi neft qiymətinin 80 dollardan aşağı enməsi ehtimalı zəifdir. Çünki bütün proqnozlar bazada təlabatın yüksəlməsi, qiymətlərin də bir qədər artacağını göstərir. Bu baxımdan Azərbaycan neftinin ilin sonuna kmi orta ixrac qiymətinin təqribən 85 dollar olması mümkün görünür. Burada Dövlət Neft Fonduna gələn qiymətlər nəzərdə tutulur. Bazar iştirakçılarıü üçün mütəmmadi olaraq dərc edilən Azərbaycan neftinin satış qiyməti Neft Fonduna gələn real qiymətlərdən kəskin fərqlənir. Ona görə ki, bu, alıcıya çatdırılma nöqtəsində təqdim edilən qiymətdir. Burada həm tankerə yüklənmə, həm daşıma, həm sığorta,həm də limana çatdırılma xərcləri daxildir”.

İ.Şaban bildirib ki, bu il Azərbaycan dövlət büdcəsi neftin ixracından kifayət qədər yaxşı qazanc əldə edəcək:

“Bu il Azərbaycan dövlət büdcəsi 60 dollardan formalaşdırılıb. Maliyyə Nazirliyinin açıqladığı proqnozlara əsasən, neftin orta ixrac qiymətinin hər 10 dollar qədər yüksəlməsi büdcəyə təxminən 1,4 – 1,5 milyard manat əlavə gəlir qazanılması deməkdir. Əgər orta ixrac qiyməti 85 olarsa, təqribən 3,7 – 3, 8 milyard manat əlavə gəlir əldə edə bilərik. Bu isə o deməkdir ki, hökumət başqa tədbirlərə əl atmadan, məhz neftin qiymətinin yüksək olması hesabına büdcə kəsirini bağlaya bilər. Digər tərəfdən hökumətin əlində manevr imkanları artır ki, o qarşısında duran vəzifələri daha geniş və çevik imkanlarla həyata keçirə bilsin”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: