İsrailin Qəzzaya hücumları nəticəsində on minlərlə insan itkin düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yardım və İşlər üzrə Agentliyi məlumat yayıb.
Məlumata görə, minlərlə insan təhlükəsiz yerə sığınmaq üçün evlərini tərk edib. Təxminən 74 min nəfər hazırda agenliyin 64 müxtəlif sığınacağına yerləşdirildiyi deyilir.
Agentlik onların sayının vəziyyətdən asılı olaraq arta biləcəyini qeyd edir. Həmçinin, 225-dən çox insanın sığındığı bir məktəbin bu gün hecuma məruz qaldığı, lakin itkinin olmadığı bildirilir.
Ayşən Mustafa
Globalinfo.az