İsrail qırıcılarının Qəzzaya zərbələr nəticəsində ölənlərin sayı 232 nəfərə, yaralıların sayı isə 1700 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, HƏMAS “İslami-Cihad”la birgə bu gün İsrailə böyük hücum başladıb. İsrailə raket zərbələri nəticəsində ölənlərin sayı 200, yaralananların sayı 1200-ə çatıb. İsrail ordusu cavab tədbirləri görür.