İsrail Prezidenti İshak Hersoq dünya ictimaiyyətini yəhudi dövlətinə qarşı hücumlara görə məsuliyyət daşıyan HƏMAS terror təşkilatını mühakimə etməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, İshak Hersoq bununla bağlı öz “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün biz HƏMAS-ın – məqsədi günahsız insanları, kişiləri, qadınları və uşaqları soyuqqanlılıqla qətlə yetirmək olan terror təşkilatının əsl simasını gördük. Onlar İrandakı qoruyucu komandirlərinin dəstəyi və rəhbərliyi ilə yəhudilərin müqəddəs günündə heç bir səbəb olmadan İsrailə iyrənc hücum həyata keçirdilər. Günahsız dinc sakinlər öldürülüb və yaralanıb, çoxlu sayda insan hələ də hücuma məruz qalır”,- o qeyd edib.
İsrail prezidenti həmçinin İranı da baş verən hadisələrdə və HƏMASA tərəfdaşlıq etməkdə ittiham edib.
“İsrail hakimiyyəti vətəndaşlarımıza qarşı bu açıq və mövcud təhlükəni aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görəcək. İsrail bütün çətinliklərin öhdəsindən gələcək. Artıq dünyanın İsrailin yanında olmasının və HƏMAS-ı, onun müttəfiqlərini və İrandakı tərəfdarlarını açıq və birmənalı şəkildə mühakimə etməsinin vaxtı çatıb, – deyə o əlavə edib.