Prezident sülhməramlıların gedəcəyi tarixi açıqladı!

Prezident sülhməramlıların gedəcəyi tarixi açıqladı!

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxış edərkən bir çox məqamlara toxunub. Ölkə başçısının toxunduğu mövzulardan biri də Rusiya sülhməramlılarının səlahiyyət müddəti ilə bağlı oldu.

Prezident qeyd edib ki, “Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.

Prezident sülhməramlıların gedəcəyi tarixi açıqladı!

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, Prezident İlham Əliyevin bəyanatı və ümumilikdə Rusiya sülhməramlıları barədə dedikləri prinsip etibarilə Soçi görüşündə səsləndirdiyi fikirlərin məntiqi davamıdır:

“Cənab Prezident Soçidə açıq şəkildə bildirdi ki, Qarabağ münaqişəsi bitib. Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır və bu, bizim daxili məsələmizdir. Buna görə də başda Rusiya sülhməramlıları olmaqla heç bir ikinci tərəf bu məsələyə müdaxilə edə bilməz.

Prezident “Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir” deyərkən faktiki olaraq sülhməramlıların fəaliyyət müddətinin bitmə tarixinə də eyham vurmuş oldu. Yəni 5 ilin sonunda sülhməramlılar ölkəmizi tərk etməlidirlər.

O ki qaldı Qarabağ ermənilərinə, onlar bu müddət ərzində qərar verməlidirlər: ya Azərbaycan qanunlarını qəbul etməli, ya da ölkəmizi tərk etməlidirlər. Qarabağ erməniləri də bütün Azərbaycan vətəndaşları kimi eyni hüquq və öhdəliklərə malik olmalıdırlar. Ermənilərə ölkə daxilində heç bir xüsusi imtiyaz verilməməlidir”.

Turan Rzayev, Globalinfo.az