Az rbaycanPakistan

Hazırda Zəngəzur dəhlizi, Ermənistanla sərhəddə gərginliyin artması, Qarabağdakı hadisələr, Ağdam-Xankəndi yolunun fəaliyyəti və s. kimi qarışıq proseslər fonunda Pakistanın sakitliyi diqqət çəkir.

Pakistanın hazırkı vəziyyətə yanaşması necədir? Bu müzakirə rəsmi İslamabadın indiki vəziyyətdə öz mövqeyilə bağlı bir növ mesaj kimi dəyərləndirilə bilərmi?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Pakistanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycanla münasibətləri dəyərləndirib:

“Pakistanda hökumət başçısı və kabinet dəyişikliyi olmasına baxmayaraq, Azərbaycana münasibəti dəyişməyib. Yeni hökumət başçısı Nəvaz Şərif İmran Xanın yürütdüyü siyasəti davam etdirir. Onun hakimiyyətə gəldikdən sonra Azərbaycanla bağlı verdiyi açıqlamalar da bunu təsdiq edir. Separatçı tör-töküntünün Qarabağdakı saxta fəaliyyətilə bağlı rəsmi İslamabadın mövqeyi hər kəsə bəllidir. Həmçinin hazırkı Pakistan hökuməti Azərbaycanın Cənubi Qafqazdakı bütün layihələrini dəstəkləyir. Eyni zamanda Azərbaycan-Türkiyə-Pakistan hərbi əməliyyatlarının keçirilməsi və digər məsələlər də gündəlikdədir. Düşünürəm ki, bu baxımdan Pakistanın Azərbaycanın münasibətlərinin zəifləməsi, yaxud bu istiqamətdə fərqli mövqe nümayiş etdirdiyini demək əsassızdır”.

“Sadəcə olaraq İmran Xandan sonrakı Nəvaz Şərif hökuməti Rusiya ilə münasibətlərin bir qədər ləngiməsinə meyillidir. Məsələn, İmran Xan bəyanatlarında Rusiya və Çinlə münasibətləri dəstəklədiyini bildirirdi. Bunun əsasında regional məsələlər dayanırdı. Odur ki, Azərbaycanla Pakistan arasında iqtisadi, siyasi və hərbi sahədə əməkdaşlıq davam etməkdədir. Bunu rəsmi İslamabadın açıqlamaları da təsdiq edir”-deyə, S.Soltan bildirib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: