0fc5a76b 2f90 3266 83e2 f001ca197bb6 850

Meksikanın mərkəzindəki Puebla ştatında kafedə gənclərə avtomatla atəş açılıb.

Globalinfo.az bildirir ki, xəbəri “El Milenio” qəzeti yayıb. Hadisə zamanı 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hücumun mümkün motivləri barədə məlumat açıqlanmayıb.

Nəşrin məlumatına görə, ölən və yaralananlar regional institutlardan birinin tələbələri olub və hüquq-mühafizə orqanları qatilin onlarla təhsil aldığını istisna etməyib.

Paylaş: