Sosial şəbəkələrdə feysbuk paylaşımlarının tərcüməsi zamanı Azərbaycan bayrağını əks etdirən nişanın Ermənistan bayrağı ilə əvəz edilməsi barədə məlumat paylaşılıb.
Globalinfo.az xəbər verir ki, hadisə ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə Oxu.Az-a açıqlama verib.
O bildirib ki, feysbuk sosial şəbəkəsində paylaşımlarda Azərbaycan bayrağı ilə əlaqədar yaranmış neqativ halın aradan qaldırılması məqsədilə ETX sosial şəbəkənin inzibatçısı “Meta Platforms, Inc.” şirkətinə müraciət ünvanlayıb:
“Elektron Təhlükəsizlik Xidməti tərəfindən edilmiş müraciət nəticəsində yaranmış neqativ hal aradan qaldırılıb”.














