Ermənistan Təbrizdə konsulluq açacaq.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.
O, Təbrizlə yanaşı, Rusiyanın Vladiqafqaz şəhərində də konsulluq açılacağını, Kipr və Serbiyada isə diplomatik ofislərin təşkil ediləcəyini əlavə edib.













