Televiziya dünyasının “Oskar”ları sayılan 75-ci “Emmi” Mükafatlarının təqdim olunma tarixi dəqiqləşib.
Globalinfo.az xəbər verir ki, sentyabrın 18-də keçirilməsi planlaşdırılan 75-ci “Emmi” Televiziya Mükafatları 15 yanvar 2024-də təqdim olunacaq.
Məlumata görə, Hollivuddakı tətil aksiyaları səbəbindən təxirə salınmalı olub.
Qeyd edək ki, “Emmi Mükafatları” mərasimi 20 ildə ilk dəfə təxirə salınıb.