pashinyan 280120

Ermənistanın şəhəri Gümrüdəki “Şirak” stadionunda Ümumierməni Oyunlarının açılış mərasimi zamanı Baş nazir Nikol Paşinyana qarşı təxribata cəhd edilib.

Globalinfo.az xəbər verir ki, açılış zamanı ölkənin müxtəlif vilayətlərindən idmançılar stadiona daxil olub.

Həmçinin Qarabağdakı qondarma rejimin də oyunlarda iştirak edəcək “nümayəndələri” meydana çıxıblar. Bu zaman onların arasında Qarabağ müharibəsində iştirak edən separatçılardan Qore Muradyan adlı şəxs əlində “satqın” yazılan plakatla stadiona gəlib. O plakatı Nikol Paşinyan və Ermənistan elitasının əyləşdiyi tribunaya doğru yönəldib və baş naziri “satqın” adlandırıb.

Gözlənilmədən yaşanan bu olay meydanda qarışıqlığa səbəb olub. Gümrüdən olan erməni hüquqşünas Karapet Poqosyanın polisin posteri separatçının əlindən aldığını və Qoreni oradan uzaqlaşdırdığını bildirib.

Արցախցին Գյումրիում «Դավաճան» գրությամբ պաստառ է պարզել Նիկոլ Փաշինյանի ուղղությամբ 49a82b97 da89 4ea8 b6fc e13110c373bc

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: