loqol

Xəbər verdiyimiz kimi, Sabirabad rayonunun Cavad kəndində üç məktəblini su kanalında cərəyan vurub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 16 yaşlı Orxan Əlizadə və 12 yaşlı əkiz əmisi nəvələri Nihad və Əjdər Əlizadələr hadisə yerində ölüblər.

Məlumata görə, onlar suya girərkən kanalda quraşdırılmış su nasosu işlək vəziyyətdə olub. Hadisə də nasosun suya verdiyi cərəyanın təsirindən baş verib.

Onlar Cavad kənd 2 nömrəli orta məktəbin şagirdləri olublar. Orxan Əlizadə bu il 11-ci, əmisi nəvələri Nihad və Əjdər Əlizadə isə 7-ci sinifdə təhsil alırlarmış.

Faciəvi şəkildə ölən məktəblilərin şəkillərini təqdim edirik:

359542080 1307590096523797 4786236179970612578 n
359287835 601153988863905 8420855542603251813 n

Paylaş: