ordu esas 11

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiyadan daha çox şey gözləyirdik”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan danışıb.

O, rəsmi İrəvanın müharibədən sonrakı gözləntiləri barədə danışıb:

“Erməni ictimaiyyətində Rusiya sülhməramlılarının fəaliyyətləri barədə məyusluq var. Biz KTMT-yə müraciət etdik, baş katibin rəhbərliyi altında missiya gəldi. Ancaq biz çox şey gözləyirdik, bu, sirr deyil”.

Mirzoyan açıqlamasında dolayı yolla KTMT-nin Azərbaycan Ordusuna qarşı çıxmadığını da vurğulayıb.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: