Azərbaycanlı aparıcının ölüm xəbəri yayıldı, ağladı – VİDEO

Tanınmış aparıcı Elvin Basqallının ölüm xəbəri yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə özü Feysbuk hesabında paylaşım edib.

E.Basqallı ona zənglər gəldiyini bildirib:

“Tiktokda ölüm xəbərimi yayıblar. Səhifəm də bağlı olduğu üçün çox adam xəbərə inanıb. Səhərdən dost-tanış zəng edir. Köhnə qonşum zəng edib soruşdu ki, ölmüsən? Kövrəlmişdi, ağlamağa başladı. Mən də qoşuldum ona, ağladım. Sonra dedim ki, qardaş ölməmişəm axı, niyə ağlayırıq ki?!”

Zaira Akifqızı
Globalinfo.az