19 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları” təsdiq edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Qaydalar Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydalarını, o cümlədən kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələbləri və kibertəhlükəsizlik xidməti provayderinə, onun işçi heyətinə, texnoloji resurslarına və fəaliyyət proseslərinə dair tələbləri müəyyən edir.