74d3ec26 bac3 37aa 99ae 2ec5924fc026

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yerli mobil operator şirkətinə məxsus ötürücü stansiyalardan oğurluq etməkdə şübhəli bilinən şəxslərlər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakinləri Vüqar Məmmədov, Rəşid Behbudov, Sahib Şirəliyev və Bakı şəhər sakini Nəsimi Qurbanov cari ilin müxtəlif vaxtlarında işlədikləri şirkətin Tərtər, Daşkəsən, Yevlax və Goranboy rayonlarındakı ötürücü bazalarından ümumi dəyəri 30.000 manata yaxın enerji bloklarını oğurlayıblar. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməllərini etiraf edərək, sözügedən enerji bloklarını satdıqlarını bildiriblar.

Faktlarla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

28f344d4 50d1 3c35 932a 50efe1f549e3 1 980af0ea 2a8a 3722 ba79 5e1d7520d48a e2641b8c 3f74 3e0b be61 29e435af613a

Paylaş: