5d5a8598 3dfb 43ad addd e553cbfb0597

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Astara rayonu ərazisində 1 nəfər qadının dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Astara” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.

Paylaş: