Fazil Qasımov haqda həbs qərarı verildi – YENİLƏNİB

fazil qasimov

Qubad İbadoğlunun işi ilə əlaqədar Türkiyədə saxlanılaraq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov cinayət məsuliyyətinə cəlb edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Qasımov barəsində 3 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

***09:08

Sosial şəbəkələrdə Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb.

Globalinfo.az xəbər verir ki, məlumatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən təsdiqləyiblər.

Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən həbs olunaraq istintaqa təhvil verilib.

1610113561 1546970107 0 qubad 550x300 1

Qubad İbadoğlu