“İnşallah mən də oyuna gedirəm”.
Globalinfo.az xəbər verir ki, bunu Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanın “Ararat” klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə “Report”a danışarkən deyib.
28 yaşlı hücumameyilli yarımmüdafiəçi Ermənistandakı qarşılaşma üçün ona da bilet alındığını söyləyib: “Menecer dedi ki, biletin alınıb, gedirsən”.
Qeyd edək ki, Vüsal İsgəndərli “Eqnatiya” ilə 3 illik müqavilə imzalayıb. Albaniya klubu “Ararat”a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.