Ermənistan və Qarabağdakı separatçıların “rəsmi” şəxsləri arasında artıq 3 ildir əlaqə yoxdur.
Globalinfo.az xəbər verir ki, bu sözləri Xankəndidəki oyuncaq “parlamentin” “Ədalət” fraksiyasının katibi Metakse Akopyan deyib.
“Əlaqə çoxdandır yoxdur. Bu 200 gün ərzində isə tamamilə kəsilib. Alen Simonyan (Ermənistan parlamentinin spikeri red.) bu günlərdə bircə dəfə də “həmkar”ına zəng etmədi”, – M.Akopyan qeyd edib.
O bildirib ki, digər “qurumlar”da da vəziyyət eynidir.
Tahir Turan
Globalinfo.az