“Yevgeni Priqojinin rəhbərlik etdiyi Rusiyanın özəl hərbi şirkəti “Waqner” PMC Rusiya Federasiyasında üsyan qaldırdıqdan sonra prezident Vladimir Putin artıq texnogen fəlakətləri təşkil edə bilmir”.
Globalinfo.az Publika.az-a istinadla xəbər verir ki, bunu politoloq Andrey Piontkovski amerikalı həmkarı Peter Zalmayevə müsahibəsində deyib.
“İndi rusların lideri Kaxovka bəndini belə alt-üst edə bilməyəcək”, – o deyib.
“O, daha heç bir texnogen fəlakəti təşkil edə bilməyəcək – Zaporojye atom elektrik stansiyasında və ya titan zavodunda. Çünki onun əmrləri yerinə yetirilməyəcək. O, artıq əmrlərin yerinə yetirilməyəcəyini bilə-bilə əmr verə bilməz”, – Zalmayevin həmsöhbəti bildirib.














