İlin ikinci Günəş tutulması başa çatıb.
Şamaxı Astrofizika Rəsədxanasından Globalinfo.az-a verilən xəbərə görə, qismən Günəş tutulması hadisəsi saat 12:58-də başlayıb və 17:02-də sona çatıb.
Tutulmanın maksimumu saat 15:00-da olub. Tutulma hadisəsi 4 saat 4 dəqiqə davam edib. Bu təbiət hadisəsini Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən ölkəmizdə də müşahidə etmək mümkün olub.
Qeyd edək ki, 2022-ci ildə iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi gözlənilir. İlin ilk Günəş tutulması aprelin 30-da, ilk Ay tutulması isə may ayının 16-da baş verib. Noyabrın 8-də ilin ikinci Ay tutulması olacaq.
***13:00
İlin ikinci Günəş tutulması başlayıb.
Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, tutulma qismən Günəş tutulmasıdır.
Tutulma hadisəsi 17:02:11-də sona çatacaq. Tutulmanın maksimumu 15:00:16-da olacaq.
Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.
Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59:38-də başlayacaq və 16:30:05-də sona çatacaq.
Tutulmanın maksimumu 15:17:43-də olacaq.