hikmet lacin

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus üzvləri ilə birlikdə “Laçın” sərhəd-buraxılış məntəqəsində olub.

Globalinfo.az bildirir ki, bu barədə o, özünün “Twitter” hesabında xəbər verib.

“Xarici diplomatik korpusla birlikdə “Laçın” sərhəd-buraxılış məntəqəsindəyik. Ermənistanın törətdiyi təxribatdan sonra aparılan müvəqqəti istintaq tədbirlərini sərhəd-buraxılış məntəqəsinin bağlanması kimi qələmə vermək əsassızdır” , – paylaşımda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üzvləri Laçın şəhərinə səfər edib, orada aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar.

Səfərdə 33 ölkə, 10 təşkilatdan ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşe iştirak edir.

Paylaş: