Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi ilə bağlı rüşvət iddiaları güdəm olub.
Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdə sözügedən məktəbin ibtidai sinif müəlliminə 4-cü siniflərin məzun günündə valideyn tərəfindən qızıl sırğa və üzük hədiyyə edilərək, taxıldığı əks olunub.
Bu paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidə uğrayıb. Müəllimlərin bu kimi “şirinlik” adı altında rüşvət almaları iddia edilib.
Metbuat.az məsələ ilə bağlı sözügedən məktəblə əlaqə saxlayıb. Məktəbdən bildirildi ki, həmin müəllimin 35 illik pedaqoji fəaliyyəti var və bu, valideynlər tərəfindən planlaşdırılan addımdır:
“Valideynlər qrupunda məsələni araşdırmışıq. Müəllimin heç bir xəbəri olmadan hədiyyə alıblar. O müəllimə imanlı xanımdır. Bu, məktəbimizə qarşı atılmış bir böhtandır. Bu xəbərdən sonra valideynlər bizimlə əlaqə saxlayaraq bildirdilər ki, bu yalan məlumatdır və hədiyyə valideynlər tərəfindən təşkil olunub. Hədiyyə müəllimə təqdim olunana qədər onun bundan xəbəri olmayıb”.