Qeyri-adi həll yolu: Çatdırılma zamanı mallara dəyən ziyan 70 faiz azaldı

Qeyri-adi həll yolu: Çatdırılma zamanı mallara dəyən ziyan 70 faiz azaldı

Hollandiyalı velosiped istehsalçısı “VanMoof”un qeyri-adi taktikaları səmərəliliyi və orijinallığı ilə diqqəti cəlb edib.

Globalinfo.az xəbər verir ki, malların çatdırılmasında böyük problemlərlə üzləşən şirkət kreativ fikir ilə çıxış yolu tapıb.

Belə ki, velosipedlər tranzit zamanı zədələnmələrə məruz qalırdı. Müştərilərinə yüksək keyfiyyəti təqdim etməyə çalışan bir şirkət üçün qəbuledilməz hal idi. Buna görə də innovativ həllər axtarışında olan şirkət diqqətini daşıyıcıların qablaşdırılmış mallara yanaşmasına təsir edə biləcək psixoloji faktora yönəltdi. Təhlilin nəticəsi cəsarətli və eksperimental qərarla nəticələndi: karton qablaşdırma üzərinə televizor şəkli qoyuldu

Bu yanaşma ilk baxışdan qəribə və məntiqsiz görünsə də, üzərində televizor olan qutularda velosipedləri daşıyanlar daha ehtiyatlı davranmağa başlayıblar.

Bu taktika göndərmə zərərinin 70 faiz azalması ilə nəticələnib.

Gülay 

Globalinfo.az