Tanınmış jurnalist bu münasibətlə qurban kəsdi – FOTOLAR

Tanınmış jurnalist, Axar.az saytının baş redaktoru Anar Niftəliyev verdiyi sözə əməl edib.

Globalinfo.az xəbər verir ki, A.Niftləyev bir neçə ay öncə Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə prezidenti seçilərsə, qurban kəsəcəyini demişdi. Jurnalist artıq etdiyi niyyətin reallaşdığı üçün qurban kəsdiyini deyib. Anar Niftəliyev bu haqda özünün Facebook hesabında bunları yazıb:

“Şükür, Türkiyə seçkidən daha da qüdrətli çıxdı!
Şükür, ermənilərin sevinci qurşağında qaldı!
Şükür ki, düşmənlərin niyyəti həyata keçmədi!
Ərdoğanın qələbəsi, Türkiyəmizdə seçki günü əmin-amanlıq üçün dualarımızı, qurbanımızı qəbul edən Allaha şükürlər olsun!
Rəis üçün Allah yolunda qurbanımızı kəsdik”.

Həmin fotoları təqdim edirik:

Zaira Akifqızı
Globalinfo.az