sinif mekteb 2

“Hələ may ayının 24-dür, Bakı şəhəri və Mərkəzi Aran rayonlarında şagirdlərin isti hava ilə bağlı səhətlərində problemlər müşahidə olunur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri təhsil ekperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, artıq bir neçə məktəblinin ürəyi gedib, özündə narahatlıq hiss edənlər var:

“Bu bir daha təsdiq edir ki, may ayının sonunda tədris ilini yekunlaşdırmaq lazımdır. Amma bundan əlavə, artıq Azərbaycan bir neçə ildir yay-qış vaxtına keçid etmir. Günəş daha erkən saatlarında çıxır. Ona görə də may ayında dərslər saat 8-də yox, 1 saat daha tez başlaya bilər.

15 gündür ki, hər gün izləyirəm: saat 6-da artıq hava kifayət qədər işıqlanır. İsti hava şəraiti ilə əlaqədar may ayında dərsləri daha tez başlayıb, günortanın yüksək istisi düşmədən bitirmək olar”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: