“8 Noyabr” prospektində baş verən çöküntü elə də böyük deyil”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.
O, bütün dünyada yeraltı kommunikasiya xətlərinin yolların altı ilə çəkildiyini qeyd edib:
“Burada xırda bir problem olduqda təbii ki, yolda çökmə baş verir. Orada isə dərinlikdə kanalizasiya kollektoru keçir. Çökmə həmin kanalizasiya kollektorunun giriş quyusunun yanında baş verib. Həm “Azərsu”, həm də bizim tərəfimizdən əraziyə mütəxəssislər cəlb olunub”.
“Azərsu ASC”dən saytımıza bildirilib ki, bu gün baş verən qəza ilə bağlı əraziyə baxış keçiriblər:
“Heç sızıntı və ciddi qəza halı baş verməyib”.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakının “8 Noyabr” prospektində yolun bir hissəsi çöküb.
Zaira Akifqızı
Globalinfo.az