zelenski niega abandonar bajmut pide mas rapidez entrega armas 98

Amerikalı jurnalist Cekson Hinkl məşhur teleaparıcı Taker Karlsonun Ukrayna Prezidenti Vladimir Zelenskiyə görə “Foks Nyus”dan qovulduğunu bildirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.

Jurnalistin sözlərinə görə, Karlsonun işdən çıxarılmasının səbəbini ona etibarlı mənbə deyib.

O, Ukrayna Prezidenti Zelenskiyə və ümumilikdə Ukraynaya aid olan hər şey barədə qorxmayaraq yaydığı xəbərlərə görə işdən çıxarılıb.

“Foks Nyus” rəhbərliyi Karlsonun Ukrayna münaqişəsi ilə bağlı mövqeyindən təşvişə düşüb.

Paylaş: