Das

Türkiyənin Başkil rayonunun Hacı Hüseynlər mahalında aşkar edilən bir tapıntı sosial şəbəkələrdə gündəm olub.

Globalinfo.az xəbər verir ki, gəzintiyə çıxan kənd sakinləri daşa bənzər maraqlı cisim görüblər. Daha sonra onu götürüb baxanda göbələk olduğunu müəyyənləşdiriblər.

Sakinlər ilk dəfədir bu böyüklükdə göbələk gördüklərini və heyrətləndiklərini bildiriblər.

Göbələyin təxminən 4 kiloqram ağırlığında olduğu qeyd edilib.

Das 213

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: