Fransanın Azərbaycana təsir imkanları məhduddur.
Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Arman Qriqoryan deyib.
“Bütün hallarda məsələ Azərbaycanın ünvanına tənqid, Ermənistana isə dəstək bəyanatlarından o tərəfə keçmir. Yəni Ermənistan istənilən hərbi müdaxilə və ya dəstəkdən məhrum olub. Mən həmçinin iqtisadi sanksiyaların tətbiqi imkanlarını da minimal hesab edirəm. Ümumilikdə Qərbin Azərbaycana təzyiqlə bağlı konsensus əldə edəcəyini gözləmək çətindir. Axı ABŞ və İsrail Azərbaycanı İrana qarşı dəyərli müttəfiq sayırlar. Avropalılar isə Azərbaycanı enerji daşıyıcılarının tədarükündə Rusiyanın vacib alternativi hesab edirlər. Ona görə də mən məhkəmlərdəki dişsiz qərarlardan başqa heç nə gözləmirəm”, – o bildirib.
İlkin Həsənov
Globalinfo.az