WhatsApp Image 2023 04 27 at 20.15.21

Azərbaycanın siyasi-diplomatik, həmçinin hərbi gedişləri ölkəmizin mövqelərini çox gücləndirib. Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-keçid məntəqəsi dövlət sərhədimizin bütövlüyünü, bərpasını təmin etmiş oldu. Bu hadisə həm də tarixilik baxımdan çox önəmlidir.

Aprelin 23-də sərhəd-keçid məntəqəsinin qurulması həm də 24 aprel “erməni soyqırımına” və 28 aprel rus işğalına qarşı tarixi cavab kimi qəbul oluna bilər. Prezident İlham Əliyev Laçın-Xankəndi yolundakı nəzarət-keçid postu ilə Azərbaycana və Türkiyəyə qarşı 100 illik pisliyə, şərə, işğala cavab vermiş oldu. Həmçinin bu gün Azərbaycana qarşı düşmən mövqedə olan, ölkənin işğal faktorundan qurtarmasına mane olan güclərə layiqli dərs verildi. Bu həm də Azərbaycana qarşı 100 ildir davam edən bir ədalətsizliyə son vermək deməkdir.

342759578 3456555031290582 7270007515562981778 n

Mövzu ilə bağlı Globalinfo.az-a danışan millət vəkili Müşviq Cəfərov deyib ki, Azərbaycan-Ermənistan məsələsindəki əsas dönüş nöqtəsi Laçın dəhlizində sərhəd buraxılış nəzarət məntəqələrinin qurulmasından sonra başladı:

“Artıq Qarabağdakı erməni əsilli vətəndaşlar da reallığı qəbul etməlidir. Mən deyərdim ki, Ermənistan hökuməti həqiqətən də Qarabağdan birdəfəlik imtina etməyə və bundan sonrakı bütün nəticələrlə barışmağa hazırdır. Çünki İrəvan başa düşüb ki, nə kütləvi etirazlar, nə də ki, beynəlxalq tərəfdaşlar Qarabağın taleyinə təsir etməyəcək. Azərbaycan kifayət qədər vacib strateji əməkdaşlıqlara söykənərək öz haqq səsini beynəlxalq aləmə çatdırdı.

Ermənistanın yeganə yolu Türkiyə ilə sərhədləri açmaq, Azərbaycanın yaratdığı yeni kommunikasiya əməkdaşlığı çərçivəsində Avropa İttifaqı ilə yaxınlaşmaq və nəticədə sosial-iqtisadi inkişafı sürətləndirərək cəmiyyəti sosial-iqtisadi durğunluqdan çıxarmaqdır. 30 il ərzində erməni cəmiyyətində belə bir hiss var idi ki, bu münaqişə ilə bağlı qəbul olunan qətnamələr heç vaxt işləməyəcək. Amma indi biz bu qətnamələrin bərpasını və xaos üzərində qələbəsini görürük. Bunu Azərbaycan hökuməti və xalqı bacardı. Davamlı qarşıdurmanın tərəfdarı olan qüvvələr isə yaranmış şəraitin təzyiqi altında zəifləyib, təslim oldular”.

musfiq ceferov 12

Müşviq Cəfərov

Deputatın sözlərinə görə, Azərbaycan xalqı böyük fəxarət hissi yaşayır:

“İndi bir daha hər kəsə aydın oldu ki, Azərbaycan hökumətinin səbri və iradəsi nəyə qadirdir. Biz 30 il dayanmamışıq, məhz hakimiyyət bu gün üçün beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirməyə nail olub. İndi beynəlxalq təşkilatlar da bu addımın vacibliyini dilə gətirir. Azərbaycan öz suveren və legitim hüququna əsaslanaraq Laçın dəhlizində üçrəngli bayrağını dalğalandırıb”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: