
Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolu 2023-cü ilin mayında açılacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov “Xəzər Xəbər”ə danışıb.
O bildirib ki, Bakı-Quba yolunda giriş-çıxış məntəqələrinin tikintisi başa çatıb, ödəniş terminalları və turniketlər quraşdırılıb.
Daha ətraflı videoda: