Regionda uzunmüddətli sülh üçün danışıqlar önəmlidir.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Narek Zeynalyan deyib.
Jurnalistin “Laçın sərhəd-keçid məntəqəsi sülh yolu ilə həll oluna bilməz” replikasına Zeynalyan sərt cavab verib:
“Siz müharibə istəyirsiniz? Situasiyadan yeganə çıxış yolu regionda danışıqlar və müqavilənin imzalanması nəticəsində uzunmüddətli sülhü bərpa etməkdir. Buna alternativlər yoxdur”.
İlkin Həsənov
Globalinfo.az