rus sulhmeramli

Ermənistan hakimiyyəti Rusiya ilə dürüst danışıqlardan imtina edir, çünki hədəfləri başqadır.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Respublikaçılar Partiyası sədrinin müavini Armen Aşotyan öz Teleqram kanalında paylaşıb.

“Ermənistan və Azərbaycan Rusiyanı regiondan çıxarmaqla bağlı ümumi hədəfə sahibdirlər. Rusiya-Ermənistan münasibətlərindəki sistemli böhran, rəsmi İrəvanın Qarabağ məsələsində ziddiyyətli siyasəti ölkənin real maraqlarının hakim komanda tərəfindən müəyyən edilməməsinə gətirib çıxarıb. Bu nə qədər belə davam etsə, Ermənistan bir o qədər də çox geosiyasi çuxurda qalacaq”, – o bildirib.

A.Aşotyan həmçinin Ermənistanın Qarabağ məsələsinin həlli ilə bağlı “Moskva planı”nı qəbul etmədiyini söyləyib:

“Sağlam məntiq deyir ki, Ermənistan Rusiya variantından ikiəlli tutmalı idi. Ona görə ki, Vaşinqton-Brüssel variantı Qarabağın öz müqəddəratını təyinatına tam qadağa qoyur. İrəvanın özünün dəqiq mövqeyini deməməsi sayəsində Bakıya Rusiya variantından imtina üçün şərait yaratdı. Bundan sonra Rusiyanın öz variantını davam etdirməsi üçün səbəb yox idi. O, nəticədə özünün həll variantından imtina etdi”.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: