Putin xerite 1342

Tramp administrasiyasının Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq üçün irəli sürdüyü iddia olunan yeni sülh planı müzakirələrə səbəb olub. “Ankoric-2” adlandırılan təklif Ukraynadan ərazi güzəştləri və NATO-ya üzvlükdən imtina etməyi, Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını və Moskvanın bəzi ərazi iddialarından geri çəkilməsini nəzərdə tutur.

Planın Kiyev tərəfindən qəbul edilməsi isə Ukraynanın müharibə boyu irəli sürdüyü mövqeyə yenidən baxmasını tələb edə bilər.

Globalinfo.az-a danışan “Bakı Politologiya Klubu” İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov hesab edir ki, “Ankoric-2” adlanan sülh planı həqiqətən Ukrayna tərəfinə təklif edilibsə, Volodimir Zelenski bu şərtlərlə razılaşmayacaq.

“Trampın hakimiyyətə gəlməsindən sonra Ukrayna prezidentinə ciddi təzyiqlərin olduğunu gördük. Britaniyanın mövqeyi və dəstəyi sayəsində müharibənin davam etdiyini müşahidə etdik.

Zelenski indiki məqamda bu planla razılaşarsa, müharibənin niyə davam etdirildiyi sualı ortaya çıxacaq. Eyni zamanda, bu qərar Ukraynada ciddi problemlərə səbəb ola bilər.

zaur memmedov yeni 1 900x737 1

Zaur Məmmədov

Müharibənin məhz bu plan əsasında başa çatdırılması təklifi özü də suallar yaradır. Əvvəldən müharibənin necə başlayıb hansı şərtlərlə bitə biləcəyi barədə müəyyən təsəvvürlər var idi. Kimin bu prosesdə çətin vəziyyətə düşəcəyi, kimin isə məsuliyyətdən kənarda qalacağı da müzakirə mövzusu olub. Bu, siyasətin nə qədər incə və mürəkkəb olduğunu göstərir. Qərar qəbul etməyin məsuliyyətini bir daha görürük.

“Ankoric-2” adlanan plan əvvəldən mövcud olan bir həqiqəti yenidən gündəmə gətirir: bu müharibə kimə lazım idisə, onun maraqlarına uyğun şəkildə başa çata bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: